Ombudsman Ermənistanla bağlı çağırış etdi 

17:38 06.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

 

Hafta.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının “X” hesabında paylaşım edilib.

 

“Bu gün biz bir daha ekologiya və ətraf mühitin mühafizəsi sahəsində çalışan beynəlxalq təşkilatları Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq!”, - paylaşımda bildirilib.